Lənkəranda 8 yaşlı uşağı maşın vurdu

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə mayın 7-də saat 12.00 radələrində rayonun Darquba kəndi ərazisində qeydə alınıb. Rayonun Kərgəlan kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Ramiz oğlu Qəribxanlının idarə etdiyi “VAZ-2107” markalı, 42 BU 316 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Darquba kənd sakini, 2002-ci il təvəllüdlü Hüseyn Seymur oğlu Əliyevi vurub. Sürücü dərhal uşağı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Kəllə-beyin travması, beyin əzilməsi, qarnının müxtəlif nahiyələrində sıyrılmış yaralar diaqnozu qoyulan H.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həkim nəzarəti altında olan uşağın vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












