Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb - FOTO

Lənkəranda baş vermiş qəzada sürücü ölüb.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonu Liman şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayon Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayev sükanı arxasında olduğu "VAZ-2106" markalı, 42-CD-389 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəqliyyat vasitəsi, yol kənarındakı kanala düşərək ağaca çırpılıb. Qəza nəticəsində sürücü E. Salayev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Bildirilir ki, qəzadan öncə sürücü ürəktutmadan ölüb və qəza qaçılmaz olub.
Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Qeyd edək ki, Elşad Salayev Lənkəranda tanınmış avtomobil ustası olub.
Faktla bağlı araşdırma aparılır.





Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












