Lənkəranda ağır qəza: 3 yaralından biri hamilə qadındır

Lənkəranda 2 yaşlı uşaq daxil olmaqla, bir ailənin üç üzvünün yaralanması ilə nəticələn ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə fevralın 1-də saat 19.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Viravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı, 99 EN 094 dövlət nömrə nişanlı minik avtomobili rayonun Göyşaban kənd sakini Ramin Abdullazadənin idarə etdiyi “VAZ-2106” markalı, 10 DK 584 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. Həmçinin “VAZ-2106”-nın sürücüsü ilə birlikdə onun arvadı, 1981-ci il təvəllüdlü Mirzadə Kazım qızı Abdullayeva və 2 yaşlı oğlanları Yusif Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qadının 9 aylıq hamilə olduğu bildirilir. Xəstəxanada ana və uşağa müvafiq tibbi yardım göstərilib, hazırda hər ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin versiyaya görə, “Mercedes”in sürücüsü sərxoş vəziyyətdə avtomobili idarə edib. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












