Lənkəranda ağır QƏZA: 4 nəfər YARALANDI - FOTO

Lənkəranda VAZ-2107 markalı minik avtomobilinin yük avtomobilinin qoşqusuna çırpılması nəticəsində dörd nəfər xəsarət alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomagistralının Lənkəran rayonunun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolda hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili, yol kənarında hərəkətsiz dayanan, içərisi mişar daşı ilə dolu olan yük avtomobilinin qoşqusuna çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan Lənkəran rayonunun Separadi kənd sakinləri 2008-ci il təvəllüdlü F.Əhmədzadə, 2004-cü il təvəllüdlü Ziya Mübariz oğlu Canıyev, 1997-ci il təvəllüdlü Şahrza Həsrət oğlu Rzayev və 1998-ci il təvəllüdlü Fərid Qədir oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Xəstəxanadan verilən məlumata görə F.Əhmədzadəyə sağ qulağın sıyrılmış yarası, Z.Canıyevə alının sağ payının əzilmiş yarası, Ş.Rzayevə sağ dirsək oynağının çıxığı və sınığı, F.Əzimova isə sağ qaş üstü nahiyəsinin əzilmiş-didilmiş yarası, sağ göz yuvasının əzilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Xəsarət alanlardan Fərid Əzimovun vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, qəzanın baş verməsinə səbəb yolun buzlu olması və sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO















