Lənkəranda ağır qəza; 7 nəfər xəsarət alıb - FOTO

Lənkəran rayonunun Şağlarkücə kəndində bir ailənin beş üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Lənkəran-Lerik şossesinin 7-ci kilometrliyində "Mercedes CİP" markalı avtomobillə "Nissan Sunny" markalı 42-BP-239 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Nissan"ın sürücüsü 1990-cı il təvəllüdlü Fərahim Məlikzadə, anası 1965-ci il təvəllüdlü Şinəxanım Fərəcova, gəlini 1995-ci il təvəllüdlü Salatın Fərəcova və iki azyaşlı nəvəsi Hüseyn Fərəczadə və Nur Fərəczadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatırılıb. Digər avtomobildə olan Malik Babayev və Mehman Həbibov orta ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.
Qəza şahidlərinin sözlərinə görə, Lənkəran istiqamətində hərəkət edən "Mercedes"in sürücüsü hadisəni törətdikdən sonra avtomaşının dövlət nömrə nişanlarını açaraq hadisə yerindən qaçıb.
Polis sürücünün müəyyənləşdirilməsi istiqamətində axtarış aparır.





Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO











