Lənkəranda AĞIR QƏZA: piyada ÖLDÜ

Lənkəranda maşın piyadanı vuraraq öldürüb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhəri istiqamətində hərəkətdə olan, Nicat Soltanzadənin idarə etdiyi "KİA Sorento" markalı nəqliyyat vasitəsi, piyada Şağlaküçə kənd sakini 1965-ci il təvəllüdlü Xəzər Fərhad oğlu Şükürovu vurub. Bundan sonra nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb. VAZ markalı minik avtomobili yoldan çıxaraq dirəyə dəyib.
Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
61 yaşlı kişinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi xidmətlər göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












