Lənkəranda ağır qəza - Yaralananlar var - VİDEO-FOTO

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-də saat 16.00 radələrində Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun rayonun Digah kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Mamusta kənd sakini, 1983-cü il təvəllüdlü Mətləb Malik oğlu Məmmədovun idarə etdiyi “VAZ-21015" markalı, 42 BM 205 dövlət nömrə nişanlı və Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Kamran İlkin oğlu Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı, 90 LS 179 nömrə nişanlı minik avtomobilləri toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ-21015”-in iki sərnişini, rayonun Mamusta kənd sakinləri, 1963-cü il təvəllüdlü Sevil Həmid qızı Mirzəyeva və 1966-cı il təvəllüdlü Kamran Həmid oğlu Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. K. Abdullayevin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin versiyaya görə, qəzaya "VAZ-2107"-nin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və qarşı tərəfə çıxması səbəb olub. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın verəcəyi yekun rəydən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
















