Lənkəranda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Lənkəran rayonunda ağır yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisində, Velədi kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Volkswagen" və "Lada Priora" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanaşı, qapalı kəllə beyin travması alan 1995-ci il təvəllüdlü, Lənkəran rayonu Səpnəkəran kənd sakini Xəlilov Ravil Rafail oğlu ilkin tibbi müalicədən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanlar: Lənkəran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Teymur Hüseyn oğlu, 1959-cu il təvəllüdlü, Lənkəran şəhər sakini Məmmədova Güllü Nəriman qızı, 1996-cı il təvəllüdlü, Səpnəkəran kənd sakini İbayev Amin abdultalıb oğlu yuxarı və aşağı ətraflarda yerdəyişən, qəlpəli sınıq diaqnozları ilə travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan G.Məmmədova və A. İbayevin xəsarətləri daha ağır hesab edildiyindən onlar Bakı şəhərinə yola salınmaq üzrədir.
Qəzanın başvermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq bölməsi tərəfindən araşdırılır.
"Report"
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO










