Lənkəranda avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var - FOTOLAR

Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 213-cü km-də Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayonunun Səpnəkəran kənd sakini 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi "Renault Megane" markalı 99-SV-477 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə idarəetməni itirib və avtomobil magistraldan çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və avtomobildə sərnişin, nəqliyyat vasitəsinin sahibi, eləcə də sürücünün yaxın dostu, həmkəndlisi 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev ətrafdakıların köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Buna baxmayaraq Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb. O, yolda ölüb. Sadir Həmzəyevin müalicəsi xəstəxanada davam etdirilir.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Onu da qeyd edək ki, sözügedən magistralda, qəza baş verən ərazidə daha bir yol qəzası baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı, 44-CD-603 dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vurub. Müxtəlif dərəcəli bədəni xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB


















