Lənkəranda avtomobil hasara çırpıldı, xəsarət alan var - FOTO

Qəzalar 8 Mart 2026 17:00
Lənkəranda avtomobil hasara çırpıldı, xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəza rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb. Belə ki, Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Heydərov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yaşayış evlərindən birinin hasarına və qaz borusuna çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda avtomobil qaz xəttinə çırpıldı - Sürücü yaralandı - FOTO

Oxunub : 386
ŞƏRH YAZ
Ad

E-mail

Şərh