Lənkəranda avtomobil körpüdən aşdı: 5 polis ağır yaralandı - VİDEO

Minik avtomobilinin körpüdən aşması nəticəsində 5 nəfər polis əməkdaşı xəsarət alıb.
Hadisə ötən gecə Lənkəranın Osaküçə kəndində baş verib. Minik avtomobilinin sürücüsü sükana nəzarəti itirb və maşın körpüdən aşıb. Avtomobildə olanlardan birinin vəziyyəti normaldır. Digər 4 nəfər, Masallı sakinləri - Vüsal Məmmədli, Əlizamin Rzayev, Elşad Məmmədov və Fərrrux Niftiyev isə kənd sakinlərinin köməyi ilə avtomobildən çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alanların hamısı Masallı mühafizə polisinin əməkdaşlarıdır.
Şəmkirdə baş verən qəzada isə 4 nəfər xəsarət alıb. Bakıdan Qazax istiqamətində hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yol ayrıcındakı dəmir maneəyə çırpılıb. Sürücü xəsarət almayıb. Sərnişinlərdən 5 yaşlı Nəzrin və 7 yaşlı Nihad Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, İlhamə Nuriyeva və Təhminə Abdullayeva isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Azyaşlıların vəziyyəti normal olsa da, hər iki qadının müalicəsi davam etdirilir. Hər iki faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












