Lənkəranda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO

Lənkəran rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, "VAZ-21015" markalı avtomobilin "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində maşınlarda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar 3 təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara ilkin zəruri tibbi yardım göstərilərək müvafiq şöbələrə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Lənkəran rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.
Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində baş verən avtoqəzada 2002-ci il təvəllüdlü Dəyanət Məmməd oğlu Balayev, Məhərrəm Qədir oğlu Fərzullayev (1999), İbadət Aydın oğlu Məmmədov (2005), Mehman Kamran oğlu Məmmədzadə (2007) və Murad Fəxri oğlu Babazadə (2007) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hazırda onların müalicələri davam edir.

“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












