Lənkəranda "Hundai” ağaca çırpıldı: sürücü xəsarət alıb - FOTO

Lənkəranda qəza olub, avtomobil deformasiyaya uğrayıb.
Avtosfer.az-ın məlumatına görə, əlverişsiz hava şəraiti Lənkəranda avtoqəzaya səbəb olub.
Hadisə səhər saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Separadi kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonun Tükəvilə kənd sakini 1990-cı il təvəllüdlü Emil Əkbərovun idarə etdiyi "Hundai Sanata" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil magistralından çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiya uğrayıb. Sürücü E.Əkbərov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata görə hadisəyə səbəb, yağışlı hava şəraitində avtomobilin qarşısına iri buynuzlu mal-qaranın çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.


Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi












