Lənkəranda iki minik avtomobil toqquşub, xəsarət alanlar var

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 19-da saat 11.00 radələrində Ələt-Astara magistralının rayonun Parakənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayon sakini Elman Həsənovun idarə etdiyi “Mercedes” markalı, 42 bt 875 dövlət nömrə nişanlı minik avtomobili digər Astara sakini Mircavan Qasımovun idarə etdiyi “Hyundai” markalı, 99 HP 910 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyməklə yanaşı, onların sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












