Lənkəranda maşınlar toqquşdu, 1 nəfər reanimasiyada

Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Vilvan kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.
Avtosfer.az report-a istinadən bildirir ki, Masallı rayon sakini, Bakı şəhəri Nəsimi rayon, Cavadxan küçəsi ev 56, mənzil 101-də yaşayan Əzimov İqbal Ziyad oğlunun idarə etdiyi "Mercedes" markalı 90 TS 068 nömrə nişanlı avtomaşın, Masallı rayonunun Xanalyan kənd sakini Əliyev Rafet Firdovsi oğlunun idarə etdiyi "VAZ 2104" markalı 44 BO 346 nömrə nişanlı avtomobillə toqquşub.
Qəza zamanı ağır bədən xəsarətləri alan "VAZ 2104"ün sürücüsü-26 yaşlı Rafet Əliyev Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Aparılan rentgenoloji və diaqnostik müayinələrdən sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəzanın baş vermə səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyən olunacaq.
Dövlət Yol Polisi faktla bağlı araşdırma aparır.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










