Lənkəranda mikroavtobus aşıb, 10 sərnişin xəsarət alıb - SİYAHI - FOTO

Lənkəran rayonunda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 10 nəfər sərnişindən 9 nəfərin adı məlum olub. Hadisə nəticəsində Lənkəran rayonunun Bəliton kənd sakini, 1960-cı il təvəllüdlü Bəsdiqız Abbasova və onun oğlu, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü İlhamə Hüseynova, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Samirə Rzayeva, Lənkəran rayonunun Vilvan kənd sakini, 2000-ci il təvəllüdlü Əli Həsənov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rəşad Rzayev, 1951-ci il təvəllüdlü Namiq Qarayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü qadın olub və hadisə yerindən qaçıb.
***12:29
Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb."Report"un məlumatına görə, Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub. Zərbənin gücündən sərnişin mikroavtobusu yolun kənarına aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Yaralılardan 6 nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Belə ki, kəndin ərazisində sərnişin mikroavtobusu aşıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















