Lənkəranda qəza - 2 qardaş yaralandı - YENİLƏNİB

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 25-də, saat 01:45-də Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub. Xəsarət alanların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
***10:23
Lənkəranda idarəetməni itirən sürücü qəza törədib.
Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospektində baş verib. Lənkəran şəhər sakini, 29 yaşlı Zahid Abbaszadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi əvvəlcə qaz borusuna, daha sonra isə binalara gedən yolda, yol kənarında hərəkətsiz dayanan Bakı şəhər sakini Fikrət Əhədova məxsus “Mercedes-Benz” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.
Qəza nəticəsində sürücü və onun sərnişin qismində olan qardaşı 29 yaşlı Rahib Abbaszadə xəsarət alıblar. Hər iki yaralı Təcili Tibbi Yardım avtomobili vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın müvafiq şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır./unikal
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











