Lənkəranda qəza, ölən və yaralananlar var - FOTO

Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəklərinə, qaz xəttinə, sonra da həyətyanı hasara çırpılıb. Qəza nəticəsində avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən ölüb.
4 nəfər - 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri sözügedən şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var













