Lənkəranda sərxoş piyadanı maşın vurub - FOTO

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 201-km-də, yolun Lənkəran rayonunun Şilavar kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 40 yaşlı Məmmədov Zaur Mais oğlu idarə etdiyi "Nissan Sunny" markalı "42-BO-606" dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə yolu keçməkdə olan piyada, Aşağı Nüvədi qəsəbə sakini, 59 yaşlı Bağırov Akif Əsgər oğlunu vurub. Sürücü dərhal yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri və sağ ayağının sınığı diaqnozu qoyulan A.Bağırov Travmatologiya şöbəsinə yerləşdirilib. Piyadanın sərxoş halda olduğu deyilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ















