Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb - FOTO - VİDEO - YENİLƏNİB

Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, iyulun 28-i, saat 19:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Lənkəran rayonunun Səpnəkəran kəndindən çağırış daxil olub.
"Çağırış əsasında dərhal təcili tibbi yardım briqadası ünvana yönləndirilib. Lakin təcili tibbi yardım avtomobili çağırışa gedərkən Lənkəran rayonunun Velədi kəndi ərazisində qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hadisə yerinə əlavə təcili tibbi yardım briqadası cəlb edilib.
Qəza zamanı minik avtomobilində olan iki nəfər (bir kişi və bir qadın cinsli olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərə hadisə yerinə gələn digər təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yaralılardan biri Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir, digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***10:11
Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlar var.
Avtosfer.az xəbər verir ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağırışa çıxan təcili tibbi yardım avtomobili rayonunun Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Müslümovun idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobil ilə toqquşub.
Qəza nəticəsində "Hyundai Santa Fe"nin sürücüsü və avtomobildə olan sərnişin, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Ülkər Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
***28 iyul, 22:48
Lənkəranda baş verən qəzada xəsarət alanlar var. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, saat 19:25 radələrində Lənkəran rayonunun Səpnəkəran kəndindən 103-ə zəng edilib. Dərhal çağırış yerinə təcili tibbi yardım avtomobili ilə sürücü Samir Rüstəmov və feldşer Səfail Fərəcov çıxıb. Təcili tibbi yardım avtomobili rayonunun Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Hüseynağa oğlu Müslümovun idarə etdiyi "Hyundai SantaFe" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi idarəetməni itirərək yoldan çıxıb. Baş verən ağır qəzada "Hyundai SantaFe"nin sürücüsü və avtomobildə sərnişin qismində olan həyat yoldaşı 1969-cu il təvəllüdlü Ülkər Həsənağa qızı Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
İlkin məlumata görə qəzanın baş verməsinə səbəb "Hyundai SantaFe" markalı nəqliyyat vasitəsinin anidən təcili tibbi yardım avtomobilinin qarşısına çıxması olub.
Qeyd edək ki, qəzada xəsarət alan sürücü Z. Müslümov da həkimdir.
Faktla bağlı araşdırma aparılır. Araşdırmadan sonra qəzanın dəqiq baş vermə səbəbləri məlum olacaq.
***
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağırışa gedən təcili tibbi yardım avtomobili "Hyundai SantaFe" markalı nəqliyyat hadisəsi ilə toqquşub.
Əlavə məlumat veriləcək.



Sumqayıtda “Mercedes” aşdı - Ölən var
Sərxoş halda yola çıxan piyadanı maşın vurub öldürdü - VİDEO
Avtoqəzalarda 140 nəfər həlak olub - Hadisələrin 32,9 faizi həftənin ...
Bakıda özünü maşının qabağına atan piyada belə vuruldu - DYP xəstəxanaya çatdırdı - VİDEO
Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO
Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU
Çin istehsalı olan iki maşın toqquşdu - VİDEO
Biləcəridə “Prius” avtobusa çırpıldı - VİDEO
Müğənni qəza törətdi - Efriə taksi ilə gəldi - FOTO
Qəbələdə “VAZ” və “Mercedes” toqquşdu, sürücülərdən biri… - VİDEO
Şəmkirdə qəza: “Mercedes”lə toqquşan yük maşını aşdı - VİDEO










