Lənkəranda yol qəzası - 2 yaralı

Lənkəranda yol qəzası baş verib. Hadisə zamanı iki nəfər xəsarət alıb. Avtosfer.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının 216-cı km-də baş verib. Astara rayonu, Ərçivan qəsəbə sakini 21 yaşlı Elvin Qasımzadənin idarə etdiyi, Ələt istiqamətində hərəkətdə olan "Mercedes" markalı 90 XP 831 dövlət qeydiyyat nişanlı avtomaşın idarəetməni itirərək yoldan çıxıb və qarşıdakı maneəyə çırpılıb. Nəticədə sürücü ağır kəllə-beyin travması alıb. Sürücü, habelə maşında olan sərnişin Toğrul Əlizadə sol bazu sümüyünün sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, sürücünün idarə etdiyi avtomaşın özünün olmayıb. O, nəqliyyat vasitəsini tanışından müvəqqəti olaraq idarə etmək üçün alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












