Lənkəranda yol qəzası: 7 nəfər yaralandı - FOTO

Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Separadi kənd sakini 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərli idarə etdiyi "Renault" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Lənkəran rayonunun Vilvan kənd sakini 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub.
"Toyota Prius" isə digər "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zəncirvari qəza nəticəsində 7 nəfər, hər iki sürücü və Lənkəran rayonunun Separadi kənd sakinləri 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, eləcə də Lənkəran rayonunun Vilvan kənd sakinləri 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Neftçalada ağır qəza: ölən var
Qadın sürücü "Haval"la piyadanı vurub öldürdü - VİDEO
Şabranda qəza: “Hyundai”la toqquşan “VAZ” yararsız hala düşdü - VİDEO
Sabirabadda qəza: Ölən var
Bakıda iki avtomobil TOQQUŞDU - FOTO
"Kamaz" avtobusa çırpıldı - Binədə ağır qəza - VİDEO
“Azəriqaz”ın sürücüsü qəza törədib qaçdı; vətəndaşa dəyən ziyan ödənmir – ŞİAKYƏT - VİDEO
Qanuna əməl etməməyin sonu ağır qəza ilə bitdi - VİDEO
Salyanda qəza: “Hyundai”la “Opel” toqquşdu - VİDEO
Dəhşətli qəza törədən “Toyota“nın sürücüsü nüfuzlu şəxsin nəvəsi imiş
Dəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT








