Lənkəranda yol qəzası: 7 nəfər yaralandı - FOTO - YENİLƏNİB

Lənkəranda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 17-də saat 22:00-da Masallı-Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə yeddi nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin travması, bədənin küt travması, sol bud sümüyünün yuxarı 1/3 yerdəyişən sınığı, sağ baldırın açıq yarası diaqnozları təyin olunub. Yaralılardan bir nəfər Reanimasiya, biri Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir. Hadisə nəticəsində yüngül xəsarətlər alan digər şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib./oxu.az
***09:24
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Separadi kənd sakini 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərli idarə etdiyi "Renault" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Lənkəran rayonunun Vilvan kənd sakini 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub.
"Toyota Prius" isə digər "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zəncirvari qəza nəticəsində 7 nəfər, hər iki sürücü və Lənkəran rayonunun Separadi kənd sakinləri 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, eləcə də Lənkəran rayonunun Vilvan kənd sakinləri 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Tələbə qızı dəm qazından boğulmuşdu; 3 il sonra qəzada öldü - FOTO
"BYD" "Kamaz"la toqquşdu - Ölən var - VİDEO
Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Azərbaycanda AĞIR QƏZA - ÖLƏN VAR - YENİLƏNİB
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi: Ata və oğul qəzaya düşdü
Dəhşətli yol qəzası: Avtomobil iki yerə bölündü, ölənlər var - VİDEO
Faciəvi şəkildə ölən 33 yaşlı Rüfətin FOTOsu
Mərdəkanda dirəyə çırpılan “Mercedes” tanınmaz vəziyyətə düşdü - VİDEO
Xankəndi - Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var - YENİLƏNİB










