Lənkəranda yol qəzası olub, iki nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə "Şəhidlər Xiyabanı" küçəsində baş verib. "Vosxod" markalı motosiklet "Jiquli Vaz – 2107" markalı avtomaşınla toqquşub. Nəticədə motosikleti idarə edən Lənkəran şəhər sakini 34 yaşlı İsmayılov Ramin Ramiz oğlu baş nahiyəsindən və sol ayağının kəsimiş-cırılmış yarası diaqnozu, motosikldə olan sərnişin şəhid övladı, 33 yaşlı Əsgərov Azad Həmid oğlu ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Huşsuz halda, vəziyyəti daha ağır olan A.Əsgərov dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Motosiklet sürücüsünün dediyinə görə, qarşı tərəfdən hərəkət edən "Vaz 2107"-nin sürücüsü dönmə işarəsi etmədən dönüb. Nəticədə toqquşma baş verib.
Faktla bağlı yol polisi əməkdaşları tərəfindən araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB

















