Lənkəranda yol qəzası: yaralı var - FOTO

Lənkəran rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az report-a istinadən bildirir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər H.Əliyev 105 ünvanında qeydiyyatda olan 23 yaşlı Elvin Nazim oğlu Səfərli idarə etdiyi "Chevrolet Lacetti" markalı, 42 BV 078 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında beton sütuna çırpılıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü E.Səfərli ağır bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Lənkəran RMX-dan "Report"a bildirilib ki, yaralının vəziyyəti ağırdır: "Avtoqəza nəticəsində ağır bədən xəsarətləri alan Elvin Səfərli qapalı kəllə-beyin travması, ağır beyin əzilməsi diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır və həyatda qalması üçün səy göstəririk".
Faktla bağlı araşdırmalara başlanılıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO















