Lənkəranda zəncirvari qəza: 4 maşın toqquşdu - FOTO

Lənkəran şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Ləvəngi" dairəsi adlanan ərazisində qeydə alınıb. Belə ki, Elxan Nazim oğlu Sultanzadə idarə etdiyi 99-CT-836 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı yük maşını ilə Şəhidlər Xiyabanı küçəsindən "Ləvəngi" dairəsi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və 3 avtomobillə toqquşub.
Hadisə zamanı "Ford" markalı avtomobil Elxan Fətulla oğlu Rəhmanovun idarə etdiyi 10-BE-131 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2108" markalı, Vasif Səməd oğlu Səmədovun idarə etdiyi 99-ES-164 dövlət qeydiyyat nişanlı "Nissan" markalı, Nicat Hidayət oğlu Fərdiyevin idarə etdiyi 42-BT-671 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobillərə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da dörd avtomobilə ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb "Ford" markalı avtomobilin sürücüsünün sürət həddini aşması olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ





















