Lənkəranda zəncirvarı qəzada ata və oğul ölüb - FOTO - YENİLƏNİB

Lənkəranda qəzada ölən ata və oğulun kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar. Nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes"in sürücüsü isə bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
***
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın verdiyi məlumata görə, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
"VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
apa
Azərbaycanda QƏZA: 1000-dən çox abonent QAZSIZ QALDI
Bakıda AĞIR QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan qadın XİLAS EDİLDİ - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edən sürücü qəza törətdi; maşın duracağa, özü isə... - VİDEO
Kürdəmirdə dəhşətli anlar: Yaşlı kişi yük maşınının altında qaldı - ANBAAN VİDEO
“Bağırov” körpüsünün üzərində qəza - Borular yola dağıldı - VİDEO
Prospektdə qəza: “Chevrolet” və “Nissan” toqquşdu - VİDEO
Yük maşını dayanmış avtobusu belə vurdu - DYP görüntüləri yaydı - VİDEO
Salyanda qəzaya düşən avtomobil YANDI - VİDEO - YENİLƏNİB
Sürücü sükanda yuxuladı - “Kamaz” marşrut avtobusuna çırpıldı - FOTO - YENİLƏNİB
Bakıda qəza - Ölən var
Azərbaycanlı tanınmış MÜĞƏNNİ FACİƏLİ ŞƏKİLDƏ öldü - FOTO - VİDEO













