Lerikdə "Ford Transit" aşdı - Ölən və yaralananlar var - YENİLƏNİB

Lerik rayonunda baş verən qəzada yaralıların kimliyi məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəza nəticəsində Lənkəran rayonunun Velədi kənd sakini, 1958-ci il təvəllüdlü Elman Mustafa oğlu Qasımov və 1966-cı il təvəllüdlü Zakirə Zəki qızı Bəşirova xəsarət alıblar.
Qeyd edək ki, qəzada bir nəfər sərnişin ölüb.
***11:55
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a bildirilib ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Araşdırma aparılır.
***11:30
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Lerik rayonunun Zenoni kəndi istiqamətində qeydə alınıb. Hərəkətdə olan "Ford Transit" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb.
Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












