Banner

Lerikdəki faciəvi qəzanın səbəbi ilə bağlı DİN-dən AÇIQLAMA 

Qəzalar 4 Sentyabr 2022 18:23 Oxunub 1208
Lerikdəki faciəvi qəzanın səbəbi ilə bağlı DİN-dən AÇIQLAMA 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.

İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.

Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh