"Lexus" aşdı: 3 yaralı - Şəkidə

Şəkidə bir ailənin üç üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında, Şəki-Qax yolunda, Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. Bərdə rayon sakini 1952-ci il təvəllüdlü Yusif Qənbər oğlu Nərimanov idarə etdiyi "LEXUS" markalı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb. Hadisə zamanı sürücü və onun həyat yoldaşı - 1966-cı il təvəllüdlü Kəmalə Nadir qızı Nərimanova, habelə ailənin övladı - 2010-ci il təvəllüdlü Nərmin Nərimanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, K.Nərimanova xəstəxananın reanimasiya şöbəsinə, Y.Nərimanov isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Yeddi yaşlı Nərmin müayinə olunduqdan sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərtilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












