Lökbatan yolunda qəza: Üç maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
Qəzalar
4 Noyabr 2025 17:30
Oxunub 1404

Paytaxtın Qaradağ rayonu, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 4-də, saat 08:30 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 44-CK-261 dövlət nömrə nişanlı “Honda” markalı, 77-MJ-015 dövlət nömrə nişanlı “Ford Fusion” markalı və 01-CJ-516 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücülərdən biri - Qurbanov Hidayət Ələsgər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ














