Lökbatanda qəza: “Prius” və “Mercedes toqquşdu - VİDEO
Qəzalar
3 Noyabr 2025 17:00
Oxunub 186

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 2-də axşam saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı maşın, “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Xoşbəxtlikdən, qəza zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ














