"London taksi"si betona girdi; iki iranlı yaralandı

Martın 28-də, səhər saat 04:00 radələrində Bakı şəhər sakini 42 yaşlə Vüqar Əliabbas oğlu Əliyev idarə etdiyi 10-TH-739 dövlət nömrə nişanlı "London taksi"si ilə Puşkin küçəsi, 2-nin qarşısında idarəetməni itirərək yol kənarında qoyulmuş beton lövhəyə çırpılıb. Avtosfer.az xəbər verir ki, həmin vaxt taksidə sərnişin qismində olanlar, Bakıya turist kimi gələn və “Bulvar” oteldə yaşayan İran vətəndaşları 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi və 1989-cu il təvəllüdlü Şeyxəlizadə Murtuza Mahmud qızı üz nahiyyəsinin əzilməsi xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Burada onlara tibbi yardım göstəriləndən sonra hər ikisi evə buraxılıb.
Martın 25-də isə yuxarıda qeyd olunan ünvanda daha bir yol qəzası baş verib. Bu dəfə də qəza iştirakçıları arasında İran vətəndaşı var. Belə ki, Səbail rayonu, Puşkin küçəsi, 2-nin qarşısında İran İslam Respublikasının vətəndaşı 39 yaşlı Karam Oraumehin idarə etdiyi "Mitsubishi Pajero" markalı 15-E-924-10 nömrəli avtomobil Bakı şəhər sakini 41 yaşlı Dunayev Vladlen Arnodoviçin idarə etdiyi "Nissan X-trail" markalı 10-XF-962 dövlət nömrə nişanlı avtomobili vurub. Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə xeyli maddi ziyan dəyib. Hər iki faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.
Elmin
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...










