Magistral yolda aşan maşının içindəki uşaq yola düşdü - 5 YARALI - VİDEO

Türkiyənin Sakarya şəhərində iki avtomobilin toqquşması nəticəsində baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, təhlükəsizlik kəməri taxmayan 9 yaşlı uşağın aşıb yola düşməsi anı təhlükəsizlik və avtomobildəki kameralar tərəfindən anbaan qeydə alınıb.
Hadisə ötən gecə saat 23:50 radələrində Şimali Mərmərə avtomobil yolunun Sakaryadan keçən hissəsində baş verib. Məlumata görə, Ankara istiqamətində hərəkətdə olan 21 yaşlı SA idarəetməni itirərək, eyni istiqamətdə hərəkət edən 29 yaşlı LA-nın idarə etdiyi 34-COY-530 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Güclü zərbənin təsirindən 34-COY-530 nömrəli avtomobil aşıb.
Qəza nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Təhlükəsizlik kəməri taxan iki sərnişin yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib və müalicə aldıqdan sonra həmin gün evə buraxılıblar.
Ən ciddi hadisə isə arxa oturacaqda əyləşmiş, təhlükəsizlik kəməri taxmayan 9 yaşlı Osman Akdaşın (ad şərtidir) avtomobil aşan zaman yola düşməsi olub. Hadisə yerində olan digər sürücülər dərhal uşağa yardım göstərib, onu sakitləşdirərək ilkin şokdan çıxmasına kömək ediblər.
Qəza anı və uşağın avtomobildən yola düşməsi kadrları təhlükəsizlik kameraları və avtomobilin daxili müşahidə sistemi tərəfindən qeydə alınıb.
Eltac Zülfüqaroğlu
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












