Magistral yolda “Zapı” və “İnfiniti” toqquşdu - 5 yaralı

Ucarda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun 235-ci km-də, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində baş verib. “Zaporoje” və “İnfiniti” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Göyçay rayon sakinləri olan “Zaporoje” markalı minik avtomobilinin sürücüsü 1985-ci il təvəllüdlü Rəhimov Elnur Söhrab oğlu, sərnişinləri 1985-ci il təvəllüdlü Əhmədova Səidə Ramil qızı və onun azyaşlı övladı, 2012-ci il təvəllüdlü Əhmədova Kənan Taleh oğlu, Sumqayıt şəhər sakinləri olan “İnfiniti” markalı minik avtomobilinin sərnişinləri 1956-cı il təvəllüdlü Əliyeva Sənubər Zabit qızı və onun oğlu, 1976-cı il təvəllüdlü Rəhimov Teymur Sabir oğlu xəsarət alıblar. Xəsarət alanlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












