Makleri avtomobil vuraraq öldürdü - Bakıda
Qəzalar
25 May 2017 11:22
Oxunub 1086
Hadisə Azərbaycan prospektində baş verib
Bakının Səbail rayonunda piyadanı avtomobil vuraraq öldürüb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Azərbaycan prospektində, yol kənarında dayanan 1965-ci il təvəllüdlü Həsən Vəliyevi minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, H.Vəliyev hadisə yerinə yaxın ərazidə ev alqı-satqısı ofisində dəllal işləyirmiş.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR