“MAN” “VAZ 2114”-lə toqquşdu: 5 ölü

Rusiyanın Nijeqorod vilayətinin Poçinkovsk rayonunda səhər saatlarında baş verən ağır yol hadisəsi nəticəsində azı beş nəfər ölüb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks-Povoljye” agentliyi dövlət yol hərəkəti təhlükəsizlik müffətişliyinin yerli bölməsinə istinadən xəbər yayıb. “Moskva vaxtı ilə 08:00 radələrində Nijni Novqorod - Saratov avtoyolunun 211 kilometrində yanacaq daşıyan “MAN” markalı nəqliyyat vasitəsi “VAZ 2114” markalı avtomobillə toqquşub”, - deyə bölmənin mətbuat xidmətinin əməkdaşı bildirib. Rəsmi mənbə bildirib ki, yol hadisəsi nəticəsində avtomobilin sürücüsü və dörd sərnişin ölüb. “İlkin olaraq müəyyən olunub ki, bədbəxt hadisə qurbanlarının hamısı Nijeqorod vilayətinin sakinləridir”, – deyə rəsmi mənbə bildirib. Qəza səbəblərinin araşdırılması məqsədilə hadisə yerində DYHTM əməkdaşları işləyir.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












