Manaf Ağayevin qohumları qəzaya düşdü - ölən və yaralananlar var

Hacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi "VAZ-2106" markalı 63 BA 432 dövlət nömrə nişanlı avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi "Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə VAZ-2106-da olan sərnişin, Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Nəbi oğlu Əliyev ölüb. Onun nəvəsi, 2014-cü il təvəllüdlü Əliyev Süleyman Vüsal oğlu Saatlı rayon xəstəxanasına və oğlu, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması, komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlər Vüsal Əliyevin vəziyyətini çox ağır kimi qiymətləndirir.
Qeyd edək ki, "Niva” markalı avtomobilin sürücüsü tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu bildirilir.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












