Masallıda iki nəfərin öldüyü qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO

Masallıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev və Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən Rusif Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib.
Avtomobildə sərnişin qismində olan 33 yaşlı Pərvin Həsənov, 23 yaşlı Fərid Qasımov və 34 yaşlı Araz Məmmədzadə təcili tibbi yardım briqadalarının köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












