Masallıda yük və minik maşınları toqquşdu: 5 yaralı

Masallıda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Göytəpə-Həsənli yolunda qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan “QazEL” markalı yük maşını ilə “VAZ-21015” markalı minik avtomobili toqquşub. Güclü zərbədən “QazEL” çevrilib. Maşının yüngül xəsarət almış sürücüsünə hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış “VAZ-21015”-in sərnişinləri olan Masallı rayonunun Həsənli kənd sakinləri, 1956-cı il təvəllüdlü Vyaçeslav Mikayılov, onun qızı, 1976-cı il təvəllüdlü Dürrə Mikayılova, 1982-ci il təvəllüdlü Mərdan İsgəndərov, 2010-cu il təvəllüdlü Mahmud İsgəndərov Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
“VAZ-21015”-in sürücüsünün də xəsarət aldığı və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












