Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO

Bakı-Sumqayıt yolunda TIR-ın minik avtomobilinin üzərinə aşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanın durumu məlum olub.
Avtosfer.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 23-də saat 12:10-da Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış daxil olub.
Bildirilib ki, briqada tərəfindən bir nəfər kişi Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
"Başın və bədənin səthi travması diaqnozu qoyulan pasiyentə zəruri tibbi xidmətlər göstərilib və onun vəziyyəti stabil qiymətləndirilir. Təcili tibbi yardım briqadası tərəfindən daha bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
***13:18
Bu gün saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymamasını, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirməsini yolverilməz hesab edir. Ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında yol verilən məsuliyyətsizlik adi qayda pozuntusu deyil — digər insanların həyatını birbaşa təhlükə altına atan son dərəcə təhlükəli davranışdır. Bir sürücünün səhlənkarlığının günahsız insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsi heç bir halda qəbul edilə bilməz.
Bir daha qəti şəkildə bildiririk ki, yolları təhlükə mənbəyinə çevirən, digər hərəkət iştirakçılarının həyatına açıq təhdid yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər daha da sərtləşdiriləcək. Kobud qayda pozuntularına yol verən, insanların həyat və sağlamlığını təhlükəyə atan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ən ciddi və təsirli tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb ediliblər:
"Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib".
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub ki, bu gün saat 12:05-də Bakı-Quba avtomobil yolunun 13.5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı "Scania" markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 nömrəli "Ravon" markalı minik avtomobilinin üzərinə aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
***12:20
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 23-də səhər saatlarında Masazır körpüsünün üzərində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Scania” markalı yük maşını idarəetmədən çıxaraq “Ravon Nexia” markalı avtomobilin üzərinə aşıb. İlkin iddialara görə, qəzaya yük maşınının təkərinin partlaması səbəb olub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. “Ravon”un sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib, digər sürücü isə ağır yaralanıb.
Hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert












