Masazırda sərnişin avtobusu "Mercedes"lə TOQQUŞDU: Xəsarət ALAN VAR - VİDEO - YENİLƏNİB

Abşeron rayonunun Masazır kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan şəxs ambulator müalicə üçün evə buraxılıb.
"Martın 27-si, saat 15:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Masazır gölü ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə müraciət daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən 58 yaşlı şəxs (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona zəruri tibbi yardımlar göstərilib, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***12:21
Abşeron rayonunun Masazır kəndində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Masazır gölü ətrafında baş verib.
Hadisə zamanı Novxanı - Xırdalan istiqamətində hərəkət edən 535 nömrəli sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşub. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsindən fakt təsdiqlənib.
Qeyd olunub ki, hadisə ötən gün saat 16:00-da Masazır-Saray-Təzə yol avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.
"535 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, Rasim Vəliyevin idarə etdiyi "Daewoo" markalı, 50-AG-981 dövlət qeydiyyat nişanlı avtobusla Ehtiram Məmmədovun idarə etdiyi "Mercedes" markalı, 77-NE-159 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində avtobusun sərnişini - Abşeron rayon sakini Gülyanaq Cəfərova xəsarət alıb. Əraziyə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Gəncədə ağır yol qəzası baş verdi - Evakuator "Mercedes"in üstünə çıxdı - FOTO
Orta yaşlı qadın sürücü 70 yaşlı qadını vurub yerə çırpdı - VİDEO
Kürdəxanıda “Renault” və “Khazar” toqquşaraq yararsız hala düşdü - VİDEO
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO








