Maşın 58 yaşlı qadını vurub öldürüb - Bakıda

Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Yolu keçmək 58 yaşlı Ulduz Bəbir qızı Məmmədovanı "VAZ 21015" markalı avtomobil vurub.
Hadisəni törədən sürücü Kərim Abdulov daha sonra yaralını avtomobilinə qoyaraq xəstəxanaya aparıb. Həkimlərin səylərinə baxmayaraq, yaralını xilas etmək mümkün olmayıb. Hadisə barədə polisə məlumat verilib. Sürücü Kərim Abdulov polis tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












