Maşın 7 piyadanı vurdu: 1 ölü, 2 ağır yaralı - İmişlidə

İmişlidə 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. İmişli sakini, 48 yaşlı Seymur Murtuzəli oğlu Mehdiyevin sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və nəticədə avtomobil 7 piyadanı vurub. Qəza zamanı 2000-ci il təvəllüdlü İmişli sakini Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər – İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, Cavadov Ruslan Etiram oğlu (1997), Ruslanzadə Səbuhi Namiq oğlu (2001), üç qardaş - Həsənli Sahil Səfər oğlu (1990) və Həsənli Şəhriyar Səfər oğlu (1993), Həsənli Şahin Səfər oğlu (1996) İmişi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan onlar Bakı şəhərinə göndərilib.
Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı İmişli rayon Polis şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












