Maşın 8 yaşlı məktəbli vurub öldürdü – Bakıda

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində avtomagistralda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə salamnews-un əldə etdiyi məlumata görə, 2009-cu il təvəllüdlü Vahidov Kənan Xoşbəxt oğlu anası ilə məktəbə gedən zaman yolu keçmək istəyərkən "Mercedes" markalı 99 GU 876 dövlət nömrə nişanlı avtomaşın onu vurub.
2-ci sinif şagirdi elə hadisə yerində dünyasını dəyişib. Məktəblinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb. Baş vermiş yol qəzasını araşdıran Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşad Əmirov faktı təsdiqləyərək bildirib ki, hadisəni törədən sürücü Allahverdiyev Famil Murad oğlunun izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










