Maşın ağacı kökündən qopardı - Sürücü xəstəxanalıq oldu - VİDEO

Buzlu yol avtomobil qəzasına səbəb olub. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 122 km-də Şamaxı rayonu ərazisində avtomobil qəzası qeydə alınıb. Sabirabad rayon sakini 32 yaşlı Mahir Vəliyevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə yol nişanına, ardınca isə, ağaca çırpılıb. Sürücü ağır kəllə-beyin travması ilə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Əməliyyat olan xəstənin vəziyyəti ağırdır. Yaxınlarının sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olan Mahir gecə saatlarında paytaxtdan Yevlax rayonuna sərnişin aparıb. Qəza da, geri qayıdarkən baş verib.
İlkin məlumatlara görə, qəzaya səbəb kimi yolun buzlu olması göstərilir. Faktla bağlı Bakı şəhər Baş dövlət yol polisi idarəsində araşdırma aparılır.




Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ













