Maşın arabanı vurub qaçdı: 6 yaralı
Qəzalar
12 Avqust 2016 00:52

Naməlum avtomobil yolla hərəkət edən at arabasını vurub
Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. Naməlum avtomobil yol ilə hərəkət edən at arabasını vuraraq hadisə yerindən uzaqlaşıb. Qəza zamanı arabada olan 1988-ci il təvəllüdlü Mətləb Məmmədov, onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tərlan Məmmədova, övladları 6 yaşlı Uğur, 2 yaşlı Ayşən və onların qohumları 2001-ci il təvəllüdlü Aidə Məmmədova və 2007-ci il təvəllüdlü Rauf Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfərin vəziyyətinin ağır, digərinin vəziyyətinin isə orta ağır olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
APA
Oxunub : 1436
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
ŞƏRH YAZ












