Maşın aşdı - 3 nəfər yaralandı

Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş-Ləki avtomobil yolunda qeydə alınıb. Zərdab rayonu, Məmmədqasımlı kənd sakini 1993-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu 61-BA-801 dövlət nömrə nişanlı “VAZ 2103” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü İlham Məmmədov və sərnişinləri, Zərdab rayon sakinləri, 1961-ci il təvəllüdlü Bayramova Mehparə Ayxan qızı, 1995-ci il təvəllüdlü Məmmədova Nuranə Novruz qızı ağır bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onların həyatı xilas olunsa da, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












