Banner

Maşın aşdı: ölən və xəsarət alan var - Xaçmazda

Qəzalar 24 Avqust 2017 09:54
Maşın aşdı: ölən və xəsarət alan var - Xaçmazda
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırmalar davam etdirilir

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xudat-Yalama yolunun 3-cü km-də Xudat şəhər sakini, 1970-ci il təvəllüdlü Ələkbərov İlqar Ələkbər oğlunun idarə etdiyi “Daewoo” markalı 10 LC 160 dövlət nömrə qeydiyyatlı avtomobil idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin Xudat şəhər sakini, 1990-cı il təvəllüdlü Abdullayev Orxan Saməddin oğlu ağır bədən xəsarətləri alaraq Xudat şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Oxunub : 1173
ŞƏRH YAZ
Ad

E-mail

Şərh