Maşın atı vurdu: 2 nəfər yaralanıb - Cəlilabadda

Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Cəlilabad Diaqnostik Mərkəzinin yaxınlığında qeydə alınıb. Belə ki, rayonun Maşlıq kənd sakini, 29 yaşlı Əsədulla Məhəmməd oğlu Alışanov idarə etdiyi "90-BK-347" dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən yolun kənarında duran atı vurub. Nəticədə heyvan ölüb. Qəza zamanı atın sahibi, Babək küçəsi, ev 49-da yaşayan 17 yaşlı Murad İlqar oğlu Kərimov və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












